Elmar Vəliyevin güllələnməsinin mübhəmləri – yeni faktlar

Gəncənin icra başçısı Elmar Vəliyevin odlu silahla atəşə tutulması gündəmin əsas mövzusu olaraq qalır. İcra başçısının sağlıq durumu haqda ziddiyyətli məlumatlar gəlməkdədir, onun həyatına təhlükə olmaması haqda da xəbərlər var. Elmar Vəliyevə edilən silahlı hücum zamanı yaralanan cangüdəni Qasım Aşbazovun isə səhhəti yaxşılığa doğru gedir. Əməliyyat edilən Q.Aşbazovun həyati təhlükəni adlatdığı deyilir. Onun yaxın zamanlarda reanimasiyadan palataya köçürüləcəyi də vurğulanır.