Yardimli Xeyriyye Cemiyyeti: Yaşar Abdulov- 65

Bizdə, el arasında ömrü boyu xeyirxahlıq edən, heç kəsə zərrəcə ziyanı dəyməyən, əxlaqı, davranışı, nəzakəti ilə nümunə olan kişilərə "İmam kimi kişidir" deyirlər. Yaşar müəllim sözün əsl mənasında İmam kimi kişilərdən idi. Onunla ilk dəfə rayonumuza rəhbərlik etdiyi illərdə tanış olmuşdum. Və hər dəfə Yaşar müəllimlə həmsöhbət olanda onun necə gözəl insan olduğuna valeh olurdum. Simasında müqəddəslərə xas olan qəribə bir nur var idi. Bu  nur onun daxili aləmindən qaynaqlanırdı...
İllər ötəcək, nəsillər biri-birini əvəz edəcək. Yeni-yeni dəyərlər, zəmanəsinin qəhrəmanları yaranacaq. Və əlahəzrət zaman çoxlarını unutdursa da, hər dəfə Azərbaycan tarixinin Yardımlı səhifəsi vərəqlənəndə indiyədək Yardımlı əsilli soydaşlarımız arasında rayon rəhbəri vəzifəsinə yüksələn dörd nəfərdən(Vəli Məmmədov, Fəzail Tağıyev, Əli Quliyev, Yaşar Abdulov) biri olduğu üçün Yaşar müəllimin adı ehtiramla yad olunacaq.
 Allah Yaşar müəllimin timsalında dünyasını dəyişmiş bütün yaxşılara rəhmət eləsin. Amin!..