Hakimiyyət Qarabağı Ermənistana Verir - Gültəkin Hacıbəyli

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli 

"Paşinyan nə etməlidir ki, Azərbaycan hökuməti 
zəhmət çəkib ona cavab versin?! 
Xankəndində Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirdi, 
sıfır reaksiya. 
Şuşada, Cıdır düzündə Yallı getdi, kabab çəkdi, sıfır reaksiya. 
Qarabağı su yoluna döndərib hər 
həftə sonunu ailəsilə orada keçirir, sıfır reaksiya. 
İndi də Xankəndində ümumerməni mitinqində açıq 
şəkildə bəyan edir ki, 
Qarabağ Ermənistandır! Halbuki, bugünədək nə Köçəryan, 
nə Sarqsyan Qarabağın Ermənistana 
birləşdirilməsinə cəsarət etməmişdilər. 
Belə görünür ki, Paşinyan bunu edəcək və 
yuxarıda sadaladıqlarım buna hazırlıqdır. 
Azərbaycan hökumətinin Ermənistanın baş 
nazirinin bu təhdidçi və tərbiyəsiz davranışlarına 
susqunluğu isə razılıq əlamətidir. 
Bu müddət ərzində Xarici İşlər Nazirliyi 
açıqlama yayaraq Azərbaycan xalqını 
“sülhə hazırlamağın zəruriliyindən” danışmışdı. 
Yəni, Paşinyan Qarabağdan, bizimkilər də 
Bakıdan Azərbaycan xalqını təslimçi 
sülhə- Qarabağın də yure Ermənistana 
birləşdirilmısinə hazırlayırlar. 
Məhz buna görə də Paşinyan Xankəndində 
“Qarabağ Etmənistandır” deyib dünya ermənilərini “miatsum” yəni, 
birləşmə ideyası ətrafında səfərbərliyə 
çağıran gün YAP sədrinin və baş nazirin 
müavini Əli Əhmədov Azərbaycan xalqını Qarabağ 
müharibəsində beş min şəhid vermiş müxalifətə 
qarşı birləşməyə çağırdı. 
Unutmayaq ki, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan 
məhz Əli Əhmədovun sədri olduğu 
YAP-ın hakimiyyəti dövründə ermənilərə de fakto təslim edilmişdir. 
İndi isə görünür de fakto təslimiyyəti de jure rəsmiləşdirmək lazımdır.

Mən də üzümü Əli Əhmədovun müxalifətə qarşı 
səlib yürüşünə çağırdığı və işini itirmək qorxusu 
altında məcburən YAP-a üzv edilən yüz minlərlə 
həmvətənimə tuturam: siz Qarabağın Ermənistana 
birləşdirilməsinə və Azərbaycan hakimiyyətinin buna 
faktiki razılığına susacaqsınızmı?! 
Siz partiya rəhbərliyindən buna görə hesab tələb etməyəcəksinizmi?! 
Siz Paşinyanın bütün təhdid və hücumları qarşılığında 
təmkinini pozmayıb Azərbaycanın daxilində isə vətəndaş 
müharibəsinə çağırış edən, sizi öz soydaşlarınıza, 
öz həmvətənlərinizə qarşı, özü də 
Qarabağ savaşında sıralarından beş min şəhid vermiş 
qüvvələrə qarşı səlib yürüşünə dəvət edən 
YAP rəhbərliyinə qarşı öz sözünüzü deməyəcəksinizmi?! 
Axı bu Vətən, bu torpaq, Qarabağ təkcə müxalifətin deyil, həm də sizindir!"

#yap
#əliəhmədov
#antidiktatura
#gültəkin