Azərbaycanın Ukraynadakı səfirliyi və UAGB Eurovision təmsilçimizə yüksək dəsdək verdi

Kiyev şəhərində “Eurovision” 2017 beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Ukraynaya yönləndirib.Artıq dünyanın müxtəlif dövlətlərinin təmsilçiləri mötəbər yarışmada iştirak etmək üçün Ukraynaya gəliblər.Ukrayna Azərbaycanlı Gənclər Birliyi Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Beynəlxalq müsabiqədə ölkəmizi təmsil edən Diana Hacıyavaya dəstək vermək üçün rəngarəng tədbirlər həyata keçirir.Beləki,Azərbaycan təmsilçisini Ukraynaya təşrif buyurduğu ilk gündən böyük coşqu ilə qarşılayan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları Azərbaycan və Ukrayna bayraqları ilə bəzədilmiş avtomobillərlə Kiyev şəhərinin mərkəzi küçə və meydanlarından keçməklə,paytaxt sakinlərinin diqqətini ölkəmizə yönləndiriblər. Diana Hacıyevaya dəstək verən Azərbaycanlı və Ukraynalı gənclər ilk öncə Kiyev şəhərindəki Heydər Əliyev parkına gələrək , Ulu Öndərin abidəsinin önünə tər çiçəklər qoymaqla ,onun xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.Sonra Azərbaycanın Ukraynadakı səfirliyinin həyətində Diana Hacıyeva ilə görüş keçirilib Görüş zamanı ,2012-ci ildə Bakı şəhərində keçirilmiş möhtəşəm mahnı müsabiqəsi ilə bağlı xoş xatirələrini bölüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva,Ukraynalı rəssam Tatyana Korol və digər gənclər ,milli təmsilçimizə mötəbər müsiqi yarışmasında qələbə uğurları arzulayıblar.
-"Biz bu gün Azərbaycan təmsilçisinə dəstək üçün bir araya gəlmişik.Mən yaxşı xatırlayıram 2012-ci ildə Azərbaycan bu yarışmanı necə yüksək səviyyədə keçirtdi.Həqiqətəndə,Bakı şəhərində keçirilən eurovision mahnı müsabiqəsini möhtəşəmliyinə görə dünyada nümunə etalonu kimi qəbul etmək olar 
Mən Azərbaycan təmsilçisinə bu mötəbər musiqi müsabiqəsində qələbə uğurları arzulayıram"-deyə 
gənc rəssam Tatyana Korol bildirib. "Biz Diana Hacıyevaya bu yarışmada dəstək vermək üçün Azərbaycanın Ukraynadakı səfirliyi ilə birlikdə müxtəlif,görüşlər və təddirlər həyata keçiririk.Gördüyünüz kimi, Azərbaycanlı və Ukrynalı gənclər isti nəvazişləri ilə Azərbaycan təmsilçisinə dəstək vermək üçün neçə gündür onun yanındadır..Əminəmki,Diana füsünkar ifası ilə döğma vətənimizi layiqincə təmsil edəcək.Biz ondan yalnız qələbə sevinci gözləyirik." İlhamə Allahverdiyeva bildirib 
Ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə və Ukrayna Azərbaycanlı Gənclər Birliyini fəallarına minnətdarlığını bildirən Diana Hacıyeva beynəlxalq yarışmada qələbə əldə etmək üçün bütün gücünü səfərbər edəcəyini vurğulayıb.