Alim Qasımov - Əziz Dostum Məndən Küsüb İncidi #alim qasimov

Alim Qasimovun Resmi YouTube Kanalina Abune Olun ► https://goo.gl/qDWqkP
Alim Qasimovun Rəsmi Səhifəsi/ Alim Gasimov Official Page - 
Facebook - https://www.facebook.com/AlimQasimovOfficial                                                 
Instagram - https://www.instagram.com/alimqasimovofficial                                                                                               YouTube - https://www.youtube.com/alimqasimovofficial                                                                                                   Telegram -  https://telegram.me/alimqasimovofficial
Bizi İzləyin

Alim Qasımov - Əziz Dostum 

Mahnı Sözləri : 
Əziz dostum məndən küsüb incidi

 
Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.

Necə nəğmə qoşum, necə dillənim
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim, 
Gözümün yaşını silə bilmirəm. 

Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.

Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...

#alim qasimov