Mövsümi meyvəyə həsrət qaldıq, bəs qarpız yemişin qiyməti necə olacaq, Xeberdar olun

Mənbə: https://oxu.az

Mövsümi meyvəyə həsrət qaldıq, bəs qarpız-yemişin qiyməti necə olacaq?
Bazarda mövsümi meyvələrin qiyməti hər il olduğundan daha bahadır.

Rəsmi açıqlamalara görə, gilas, ərik və alçanı bazarda istənilən qiymətə tapmaq olar. Ancaq reallıq göstərir ki, bu, söz olaraq qalır. Orta keyfiyyətli gilasın bir kiloqramı Bakıda 8-10 manata təklif olunur. Rayon yerlərində isə xeyli ucuz - 3-4 manata almaq mümkündür. Qeyd etmək lazımdır ki, rayonlarda yığılan məhsulun yüksək keyfiyyətli hissəsi Rusiya bazarlarına ixrac edilir, 3-4 manata təklif edilən isə orta və aşağı keyfiyyətli meyvələrdir.

Xaçmazda gilasın “Napoleon” və “Öküz ürəyi” növlərinin kilosu 4 manata təklif edilir. Hazırda bölgələrdə gilas yığımı davam edir. Sakinlər əziyyətlə yetişdirdikləri meyvələrin yerli bazardan daha çox, Rusiya bazarlarına çıxmasında maraqlıdırlar.

Xaçmazda ən çox tələbat gilasın “Krım”, “Romanovka”, “Öküz ürəyi”, “Napoleon” növlərinədir.

Bu mövsümün üç əsas meyvəsi gilas, ərik və alçadır ki, əhali də bu meyvələrin üzünə, sözün əsl mənasında həsrət qaldı. Düzdür, ucuz qiymətə də meyvə tapmaq olur, lakin onlar xallı, zədələnmiş gilas və ərikdir.

İndi isə ən aktual məsələ bundan sonra çıxacaq meyvənin və bostan bitkilərinin qiymətinin necə olacağıdır.

Oxu.Az-ın bu barədə suallarını aqrar sahə üzrə ekspert Nicat Nəsirli cavablandırıb.

Onun sözlərinə görə, daxili və xarici bazarda gilas və əriyə tələbat daha çoxdur:

“Gilas və əriyin qiymətlərinin yüksək olmasının bir neçə səbəbi var. Ağaclar çiçəkləyən ərəfələrdə hava şəraitinin yağışlı keçməsi meyvələrin zədələnməsinə gətirib çıxardı. Ağacların bir hissəsində çiçəklənmə prosesi normal getdiyi üçün keyfiyyətli məhsul əldə olundu, digər hissəsindən alınan məhsul xallı, ləkəli oldu. Bununla da məhsulun böyük hissəsinin keyfiyyəti azaldı.

Təbii ki, bu, bazarda qiymətlərə yaxşı təsir etmədi. Əgər keçən ilin müvafiq dövründə bir hektar gilas bağından 8-12 ton məsul yığılırdısa, bu il 6-7 ton məhsul yığılır. Keçən il bir hektar ərik sahəsindən 6-7 ton məhsul yığılırdısa, bu il xeyli az - 2-3 ton məhsul toplanıb. Qiyməti məhsuldarlığın az olması formalaşdırır. Keyfiyyətli məhsul azdır və o, xarici ölkəyə ixrac edilir.

Keyfiyyəti az olan məhsul daxili bazarlara göndərilir. Yəqin ki, müşahidə etmisiniz, bazarda kiçik və keyfiyyətsiz gilasın kiloqramı 1-4 manat arasında dəyişir”.

Mövsümi meyvələrə tələbatın çox olduğunu deyən ekspert xatırladıb ki, 2018-ci il üçün ölkədə 264 min ton gilas toplanıb:

“Ötən illərlə müqayisədə, məhsulun həcmində artım var. Lakin keyfiyyət barədə eyni şeyi deyə bilmərik. Ötən ildən fərqli olaraq, bu il ölkə üzrə 300 min tona yaxın gilas toplanıb. İqlim amillərinə görə məhsuldarlığın aşağı düşməsi, mövsümə görə tələbatın artıq olması qiymətlərə təsir edib. Gilasın qiymətinin süni şəkildə artırıldığını düşünmürəm.

“Yaşıl bazar”da gilas 10 manata da təklif edilir. Lakin alternativ bazarlardan 4 manata da gilas almaq mümkündür. Bu yaxınlarda yerli bazara gilasın “Romanovka” növü göndəriləcək. Onun ilkin bazar qiyməti iki manatdan başlayacaq. Tez yetişən meyvə sortları bahalı və keyfiyyətli olur”.

Ekspertin sözlərinə görə, bazarda qarpız və yemişin qiyməti ötən illə müqayisədə, kifayət qədər aşağı olacaq:
Ardı: https://oxu.az/economy/317715


#xeberdarolun #tecilixeberler  #sonxeberler #ensonxeberler #yenixeberler #xeberler #sonxəbərlər #xəbərlər #təcilixəbərlər #xəbərdarolun #ənsonxəbərlər #yenixəbərlər  

xeberler bugun 2019, son xeberler, ƏN SON XƏBƏRLƏR, son xeberler bugun 2019, xeberler, son xeber, en son xeberler, yeni xeberler, SON DƏQİQƏ!, en son xeberler 2019, xəbərlər, son xeberler bugun, son xəbərlər, xəbərlər bugün, ən son xəbərlər, xəbərlər bu gün 2019, yeni xeberdar olun, xeberler bugun 2019, yeni xeberler 2019, xeberler 2019, Azerbaycanda son xeberler, ən son xəbərlər bugün, xeberler bugun, son xəbərlər bugün, xəbərlər bu gün, son xeberler 2019, teze xeberler 2019, son xəbər, en son xeber bugun, yeni xeber, en son xeber, yeni xəbərlər, Azerbaycanda son xeberler 2019, xeber, oxu az son xeberler 2019, en yeni xeberler 2019, xeberler 2019 yeni, Azerbaycanda son xeberler bugun, Son dəqiqə!, Son xəbərlər.!, Aktual xəbərlər, Təcili xəbər!, bahalasma 2019, bahalaşma, meyvə və tərəvəzlər, meyvələr, Xeberdar olun

Kanala abunə olmaq üçün link: https://www.youtube.com/channel/UCsRqGwB0vpmmGLJt7TwqX2Q/?sub_confirmation=1

Təklif və şikayətlərinizi bildirmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz: 
E-mail ünvanımız: xeberdarolun660@gmail.com
Facebook hesabımız: facebook.com/xeberdar.olun
İnstagram hesabımız: instagram.com/xeberdar.olun

Diqqətinizə görə təşəkkür edirik!