General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Qondarma “dqr”in keçmiş müdafiə naziri, Azərbaycan ərazilərinin işğal olunmuş hissəsində “prezident” olmaq iddiasına düşən Samvel Babayanın Qarabağ konsepsiyası erməni siyasi dairələrində qalmaqala səbəb olub. Belə ki, bundan əvvəl Samvel Babayan Dağlıq Qarabağın Rusiyanın mandatı altına verilməli olduğunu bildirmişdi və bunu “münaqişənin yeganə mümkün həlli yolu” adlandırmışdı.