BÜTÜN MÜNAQİŞƏLƏRƏ VAHİD YANAŞMA TƏTBİQ OLUNMALIDIR

“Bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır.” Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında belə deyib. Dövlət başçısı dünya birliyini ikili standartlardan əl çəkməyə çağırıb. Bəyan edib ki, ərazi bütövlüyünün bərpası Azərbaycan üçün əsas məsələdir. Rəsmi Bakı öz prinsipial mövqeyindən geri çəkilməyəcək.