Сергей Марков: "Азербайджан это не Армения и не Грузия"

Mən qeyd etmək istərdim və dəfələrlə demişəm ki, Rusiya federasiyasında, Rusiya cəmiyyəti yeni Azərbaycanı görmür. Onlar yalnız köhnə Azərbaycanı xatırlayırlar. 

Bunu SalamNews-un Moskva müxbirinə acıqlamasında politoloq, Siyasi Araşdırmalar inistitinun rəhbəri, ictimaii xadim Sergey Markov deyib.

Siyasi Araşdırmalar İnistitinun rəhbəri Azərbaycanla reqion ölkələri arasında müqayisə apararaq Azərbaycanın digər ölkələrdən bir baş yuxarıda olduğunu nəzərə çatdırıb.

“Köhnə Azərbaycan  təxminən Ermənistan və Gürcüstan kimi yaddaşlara həkk olunub. Hazırkı dövrdə Azərbaycan Ermənistan və ya Gürcüstanın günündə deyil. Azərbaycan həm sivlizasiyanın inkişafı, həm iqtisadiyyat, həm də əhalinin sayına görə Ermənistan və Gürcstanı birlikdə götürdükdə belə üstələyir. Ermənistan və Gürcüstan reqionda yarı böhran vəziyyətində ikən, Azərbaycan sürətli inkişaf dönəmini yaşayır. Məhz bu yeni Azərbaycanı, biz– Rusiya-Azərbaycan dostluğunun tərəfdarları Rusiya cəmiyyətinə göstərmək və çatdırmaq istəyirik”,- deyə politoloq bildirib.

İki ölkənin münasibətlərinin inkişafında problemlərdən biri kimi Azərbaycan imicinin formalaşmamasını qeyd edən ictimaii palatanın üzvü nəzərə çatdırıb: “Rusiyalılara nisbətən, Azərbaycanda yaşayan azərbaycanlılar Rusiyanı daha yaxından tanıyır və sevir. Bu münasibətlərin inkişafında başlıca problemdir. Ona görə də gərək Azərbaycanın potensiyalı rusiyalılara göstərilsin. Azərbaycan bölgələrinin gözəlliyi, Azərbaycanın Avrasiyanın turizim mərkəzinə çevrilməsi və Bakının reqionun ən inkişaf etmiş müasir şəhər olması diqqət mərkəzində olmalıdır. Münasibətlərin inkişafı bu pozitiv tonda yüklənməlidir”.