Elmar Vəliyevi güllələyən Gəncəli Yunis kimdir? - Videonu Beyen!

Azərbaycan hüquqi dövlətdir?

Orada qatil də öz layiqli cəzasını məhkəmənin qərarı ilə almalıdır. Ölkəni kriminal rejim kimi idarə etmək yol verilməzdir. Elmar Vəliyevi dünən güllələyən Yunis Səfərova polis idarəsində güclü işgəncə verib, fotolarını yayıblar. Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinə şikayətə gəlmiş bacısını 1 il əvvəl Elmar Vəliyev təhqir etmişdi. Yunis isə bildirmişdi ki, Elmar Vəliyevi güllələyəcək. Vətəndaşları hər gün təhqir edən icra başçılarının sonu nə Qubada, nə İsmayıllıda, indi isə Gəncədə yaxşı qurtarmadı. Onun üçün vətəndaşlara zülm etmək, təhqirlə danışmaq lazım deyil, vətəndaşlara xidmət etmək lazımdır. Yunis Səfərova qarşı işgəncələr durdurulmalıdır və o, məhkəmə qaydasında ittiham olunmalıdır!