Sevinc Muminova - Kölgəm qədər (Official Music Video Clip)

By Rahman  operator: Delee 
Söz: Bəxtiyar Vahabzadə  Mus: Niyaməddin Musayev
KÖLGƏM QƏDƏR YAXINSAN.
Ayrılığın eylədi,
Könlümü dağ-dağ, gülüm.
Qış kimi düşüncəli,
Yaz kimi oynaq gülüm.
Kölgəm qədər yaxınsan,
Ancaq tuta bilmirəm.
"Unut" demək asandır,
Mən unuda bilmirəm.
Soyuqluğun könlümə
Saldı qara xal, gülüm,
Dəniz kimi dalğalı,
Heykəl kimi lal gülüm.
Bəs nəyədir gümanın,
Ay gümanlı gümansız?
Könül kimi vəfalı,
Ağıl kimi amansız.
Gecə kimi fikirli,
Gündüz kimi şən, gülüm
İki hissin əlində
Gəl, oynama sən, gülüm.
Aprel, 1965