Hakimiyyət Qarabağı Ermənistana Verir - Gültəkin Hacıbəyli

Hakimiyyət Qarabağı Ermənistana Verir - Gültəkin Hacıbəyli

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

"Paşinyan nə etməlidir ki, Azərbaycan hökuməti
zəhmət çəkib ona cavab versin?!
Xankəndində Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirdi,
sıfır reaksiya.
Şuşada, Cıdır düzündə Yallı getdi, kabab çəkdi, sıfır reaksiya.
Qarabağı su yoluna döndərib hər
həftə sonunu ailəsilə orada keçirir, sıfır reaksiya.
İndi də Xankəndində ümumerməni mitinqində açıq
şəkildə bəyan edir ki,
Qarabağ Ermənistandır! Halbuki, bugünədək nə Köçəryan,
nə Sarqsyan Qarabağın Ermənistana
birləşdirilməsinə cəsarət etməmişdilər.
Belə görünür ki, Paşinyan bunu edəcək və
yuxarıda sadaladıqlarım buna hazırlıqdır.
Azərbaycan hökumətinin Ermənistanın baş
nazirinin bu təhdidçi və tərbiyəsiz davranışlarına
susqunluğu isə razılıq əlamətidir.
Bu müddət ərzində Xarici İşlər Nazirliyi
açıqlama yayaraq Azərbaycan xalqını
“sülhə hazırlamağın zəruriliyindən” danışmışdı.
Yəni, Paşinyan Qarabağdan, bizimkilər də
Bakıdan Azərbaycan xalqını təslimçi
sülhə- Qarabağın də yure Ermənistana
birləşdirilmısinə hazırlayırlar.
Məhz buna görə də Paşinyan Xankəndində
“Qarabağ Etmənistandır” deyib dünya ermənilərini “miatsum” yəni,
birləşmə ideyası ətrafında səfərbərliyə
çağıran gün YAP sədrinin və baş nazirin
müavini Əli Əhmədov Azərbaycan xalqını Qarabağ
müharibəsində beş min şəhid vermiş müxalifətə
qarşı birləşməyə çağırdı.
Unutmayaq ki, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan
məhz Əli Əhmədovun sədri olduğu
YAP-ın hakimiyyəti dövründə ermənilərə de fakto təslim edilmişdir.
İndi isə görünür de fakto təslimiyyəti de jure rəsmiləşdirmək lazımdır.

Mən də üzümü Əli Əhmədovun müxalifətə qarşı
səlib yürüşünə çağırdığı və işini itirmək qorxusu
altında məcburən YAP-a üzv edilən yüz minlərlə
həmvətənimə tuturam: siz Qarabağın Ermənistana
birləşdirilməsinə və Azərbaycan hakimiyyətinin buna
faktiki razılığına susacaqsınızmı?!
Siz partiya rəhbərliyindən buna görə hesab tələb etməyəcəksinizmi?!
Siz Paşinyanın bütün təhdid və hücumları qarşılığında
təmkinini pozmayıb Azərbaycanın daxilində isə vətəndaş
müharibəsinə çağırış edən, sizi öz soydaşlarınıza,
öz həmvətənlərinizə qarşı, özü də
Qarabağ savaşında sıralarından beş min şəhid vermiş
qüvvələrə qarşı səlib yürüşünə dəvət edən
YAP rəhbərliyinə qarşı öz sözünüzü deməyəcəksinizmi?!
Axı bu Vətən, bu torpaq, Qarabağ təkcə müxalifətin deyil, həm də sizindir!"

#yap
#əliəhmədov
#antidiktatura
#gültəkin


Channel: AntiDiktatura
Tags: əli əhmədov, əli hüseynov, siyavuş novruzov, ramiz mehdiyev, mehriban əliyeva, ilham əliyev, paşınyan, paşınyan yallı, paşınyan qarabağ, prezident əliyev, sevinc osmanqızı, vitse prezident, əli kərimli, gültəkin hacıbəyli, qənimət zahid, söz arası, sözarası, mitinq 2019, azərbaycan saatı, turan tv, rövnəq abdullayev, rövnəq saat, socar, soz arasi, soz arasi yeni, kanal turan tv, müxalifət, qenimet zahid son cixisi, qenimet zahid son cixisi 2019, azerfreedom,