Leyla Əliyeva Emin Ağalarovun evliliyinə münasibət bildirdi, Xatirə: "Mən lox deyiləm"

Leyla Əliyeva Emin Ağalarovun evliliyinə münasibət bildirdi, Xatirə: "Mən lox deyiləm"

Xalq artisti Məleykə Əsədova da yay istirahətinə yollanıb.

Axşam.az-ın məlumatına görə, aktrisa qızı Güləri də özü ilə götürüb. Onlar birlikdə Litvada sanatoriyalardan birində dincəlirlər.

Əsədova qızı ilə çəkdirdiyi fotolarını İnstaqram səhifəsində paylaşıb.
-------------+
Müğənni Gülay Zeynallı son günlər görünüşündəki dəyişikliklə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, sənətçi yeni fotolarını İnstaqram səhifəsində paylaşıb.

Gülayın dodaqlarındakı dəyişiklik diqqətdən qaçmayıb. Sənətçi dodaqlarını bir az böyütdürüb. Gülay 280 minlik səhifəsində yayımladığı fotolarında şərh bölməsini də bağlayıb.
----------------+
Son vaxtlar ifa etdiyi hit mahnılarla gündəmdən düşməyən aparıcı, bəstəkar, müğənni Murad Arifin arıqlama sirri də bir çoxlarına maraqlıdır.

BAKU.WS xəbər verir ki, məşhur ona ünvanlanan çoxsaylı suallardan sonra bu haqda paylaşım edib. Müğənni sağlam şəkildə 27 kiloqram arıqlamağının sirrini belə izah edib:

"Allahım ya rəbbim, 2013-də mən nə boyda olmuşam...? İnşallah güc versin, iradə versin bir 5 kiloq da ata bilim... Çəki dirənib. Amma, əvvəlkinə baxanda Bred Pitəm haa. Diyetoloqum, oxox yoxdur arıqlamağa! Mənə marojna diyetası yaz. Necə arıqladım? Cavabı: pəhriz, meditasiya, dualar və sənət eşqi".
-------------+
Xalq artisti Aygün Kazımova görünüşü ilə yenə təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, müğənninin İnstaqramda paylaşdığı fotosuna izləyiciləri təriflər yağdırıb. Belə ki, Kazımova yenidən arıqlayıb. İzləyicilər ona necə arıqlaması ilə bağlı suallar ünvanlayıblar.

Qeyd edək ki, A.Kazımova yalnız pəhriz saxladığını və idmanla məşğul olduğunu deyib. O, açıqlamasında bildirib ki, bu dəfə plastik əməliyyat etdirməyib.
-----------+
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva eks həyat yoldaşı Emin Ağalarovu evliliyi münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, Leyla xanım bu barədə rəsmi "İnstagram" səhifəsində yazıb:

"Əziz dostlar! Çoxu mənim şeirlərimi anlamır! Onlar mənim qəlbimdən gəlir və konkret olaraq bir insana həsr edilməyib.
Mən Eminə və Alyonaya xoşbəxtlik arzulayıram. Onlar çox ləyaqətli və gözəl insanlardır. Allah onların sevgisini həyatlarında hər şeydən üstün etsin! Hər kəsə həyatdan zövq almaq və sevmək arzulayıram! Hər şeyə görə çox sağ olun!"

Xatırladaq ki, Azərbaycanın xalq artisti Emin Ağalarov iyulun 14-də sevgilisi Alyona Qavrilova ilə evlənib.
-----------------+
Müğənni Elçin Hüseynov övladları ilə olan fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, ifaçı şəklə “Allah hər kəsin yolunu açıq etsin” başlığını yazıb. Fotoda müğənni ilə yanaşı qızları Raya, Röya və oğlu Pənah yer alıb.

Qeyd edək ki, Elçinin Əli adlı bir oğlu da var.
------------+
Müğənni Arzu Rzayev “Space”də yayımlanan “Hər səhər” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, proqramın aparıcısı Anar Orucov sənətçini efirdə biabır edib.

O, Arzunun ünvanına “Hardasa oturanda, qısa ətəkdə qız görəndə deyir ki, qıza bax, ətəyi çox qısadır ey. Ad günlərinə gəlir, ancaq qızlara baxır. Ya yuxarısına, ya da aşağısına” sözlərini deyib.

A.Rzayev isə ona “Kişi qısa ətəyə baxmadısa, demək, onun nəsə problemi var. Göz yaranıb baxmaq üçün” cavabını verib.
------------+
Müğənni Xatirə İslam aldanıldığını düşünür.

BAKU.WS xəbər verir ki, ifaçı paylaşdığı videoda 2 balaca toyuq qızartmasının ona 40 manata satılmasına etiraz edir:

"Əzizlərim, sizcə, 2 balaca cücə 40 manat olmalıdır? Siz də 3 manatlıq cücəni 40 manata yemək istəsəniz, köməkçimin bu balaca toyuqları aldığı kafeyə gedin. Yəqin məni ərəblərlə səhv salıblar. Kasıb deyiləm, amma avam və ya lox da deyiləm".️
-----------+


Channel: Info Portal News
Tags: info portal, meleyke, esedova, məleykə, əsədova, qizi, qızı, gülay, zeynallı, gulay, zeynalli, dodaq, murad, arif, dieta, ariq, arıq, aygun, kazimova, aygün, kazımova, leyla, eliyeva, əliyeva, emin, agalarov, ağalarov, toy, toyu, yeni, 2018, elçin, elcin, huseynov, hüseynov, arzu, rzayev, anasi, anası, Fatma Mahmudova, xatire, xatirə, islam, aybeniz, hasimova, aybəniz, haşımova, zülfiyyə, bayramova, zulfiye, zulfiyye, xerceng, xərçəng, xəstəliyi, xesteliyi, saleh, bagirov, bağırov,