BAKI LİMANI QAPILARINI İCTİMAİYYƏT ÜÇÜN AÇIB

BAKI LİMANI QAPILARINI İCTİMAİYYƏT ÜÇÜN AÇIB

Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Xəzər dənizi regionunda İlk dəfə olaraq “Port Festival-2019” adlı musiqili və əyləncəli festival keçirilib.Festivala Bakı və Şirvan şəhərlərindən,eyni zamanda Qaradağ, Hacıqabul, Səlyan,Sabirabad və Neftçala rayonnlarının sakinləri,məktəbli və yeniyetmələr qatılıb. Onlar yeni və müasir standartlara uyğun inşa edilən limanla ətraflı tanış olmaq,buradakı avadanlıqlar,gəmilər,yük kranlarını yaxından izləmək imkanı qazanıblar.Onlara Liman əməkdaşları limanın texniki və əməliyyat imkanlarını nümayiş etdirib. Ziyarətçilərin limanda xoş gün xoş keçirmələri üçün müsiqili və əyləncəli proqramlar təşkil olunub.Festivalın ən maraqlı hissəsi isə dövlət Sərhəd Xidmətinin helekpopterinin və Fövqəladə Hallar Nazirliyinin liman akvatoriyasında xilas etmə əməliyatlarında iştirakı olub.
Ziyarətçilər festivalda onlar üçün yaradılan bütün imkanlardan maksimum istifadə edərək əylənməyə çalışıblar.
Rəngarəng proqramı olan festivalda ziyarətçilər üçün mini golf və mini futbol meydançaları, virtual reallıq kabinələri, şahmat oyunları, az yaşlıalr üçün oyun meydançaları yaradılıb.Eyni zamanda robot şoular, konteynerlərin üzərində qrafitli şou,flaşmoblar təşkil edilib.
Festivala nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlər,Azərbaycanda akkreditə olunmuş diplomatlar, ictimaiyyət nümayəndələri qatılıblar. Açıq qapı günü formatında keçirilən “Port Festival” dünyanın bütün iri liman şəhərlərində keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təşkil olunan fastivalda 5 mindən artıq insanın iştirak edəcəyi gözlənilir. Festival iki gün davam edəcək.


Channel: CBC TV Xəbərlər