Beynəlxalq Bankı Arzu Əliyevanın şirkəti çökdürüb? - [ARAŞDIRMA]

Beynəlxalq Bankı Arzu Əliyevanın şirkəti çökdürüb? - [ARAŞDIRMA]

Azərbaycanla bağlı korrupsiya ittihamlarına dair daha bir araşdırma dərc olunub. OCCRP-nin yeni təhqiqatı “Silk Way” şirkətinin ABŞ-dan kredit zəmanəti, hərbi kontraktlar və təyyarələr almasından bəhs edir.

Araşdırmada qeyd olunur ki, 2005-ci ilin sonunda ABŞ hökuməti ilə müqavilə əsasında Silk Way Airlines Əfqanıstana yerləşdirilmiş amrikan hərbi qüvvələrinə silah-sursat və digər materiallar daşıyıb.

Silk Way ABŞ Müdafiə Departamentinin Nəqliyyat Komandanlığı ilə dəyəri azı 400 milyon dollar olan müqavilə imzalayıb. 2014-cu ildə ABŞ-ın İxrac-İdxal Bankı isə Silk Way şirkətinin Boeing-dən üç 747-8 tipli yük təyyarəsi almasına 420 milyon dollarlıq kredit verib. Zəmanətçi isə Azərbaycanın Beynəlxalq Bankı olub.

İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, bu araşdırma Beynəlxalq Bankın niyə böhranla üzləşmə səbəblərinə işıq salır:

“Bu cür əməliyyatların nəticəsidir ki, beynəlxalq bank bir neçə il öncə böhranla üzləşdi. Milyardlarla dollarlıq borcu çıxdı və borcu dövlət ödədi. Azərbaycan dövlətini idarə edənlər dövlət bankını bu cür istismar edirlər. Beynəlxalq Bank onların biznes layihələri üçün təminatçı rolunu oynayır. Sonra da zərəri sadə vətəndaşlar ödəyir”.

OCCRP-nin redaktoru İlya Lozovsky deyir ki, bütün bu sövdələşmələrdən Azərbaycanın birinci ailəsi qazanıb:

“Azərbaycanın birinci ailəsi siyasi və iqtisadi sahələrdə, ümumiyyətlə, demək olar ki, bütün sahələrdə dominantdır. Bundan öncəki araşdırmalarda olduğu kimi, burda da əsl sahiblərin adı ofşor şirkətlərin arxasında gizlədilib. Biz şirkətin əsl sahiblərini sənədlərlə sübuta yetirə bilməsək də, bir çox faktlar göstərir ki, bu sahə də birinci ailənin inhisarındadır və onlar xeyir götürürlər. Və ya keçmişdə götürüblər”.


İlya Lozovsky yada salır ki, İlham Əliyevin kiçik qızı Arzu Əliyeva Silk Way Bank-ın təsisçilərindən biri olub. 2017-ci ildə bankın səhmdarları dəyişdirilib. Başqa sözlə bütün bu şirkətlər Silk Way-in çətiri altında olub.

İqtisadçı Zöhrab İsmayıla görə, bu araşdırma adı korrupsiya ittihamları ilə bağlı hallandırılan bir şirkətə ABŞ hökumətinin himayəsini göstərir:

“Son illər Azərbaycanda vətəndaş cəmiyyətinin, müstəqil medianın boğulmasına, insan haqlarının pozulmasına qarşı ABŞ-ın və Qərb dövlətlərinin prinspianal mövqe tutmamasının bir ucu gəlib bura çıxır. Çünki burda müxtəlif Qərb ölkələrinin iqtisadi maraqları var”.


Araşdırmanın müəllifləri Silk Way Şirkətinə və Azərbaycan hökumətinə sorğu ilə müraciət etsə də hər hansı cavab ala bilməyib.


2010-2011-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Matthew Bryza Amerika dövlətinin - adı korrupsiyada hallanan, sahibləri gizlədilən bir şirkətlə əməkdaşlığı haqda sualı belə cavablayıb:

“Silk Way Azərbaycan-Orta Asiya marşrutunda vacib tərəfdaş olub, Əfqanıstana qeyri-döyüş materiallarının üçdə biri bu marşrutla daşınıb. ABŞ ordusu düzgün olaraq diqqətini demokratiyaya deyil, təcili əməliyyat-təchizat ehtiyaclarına yönəldib”.



Kanala abunə ol - https://goo.gl/TcM9Fm

WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter: http://twitter.com/MeydanTV
Google+ https://plus.google.com/+MeydanTelevision/posts
İnstagram: http://instagram.com/meydantv

__
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - whatsapp : +49 176 16263646


Channel: MeydanTV
Tags: meydan, meydantv, aksiya, mitinq, etiraz, azerbaijan, azerbaycan, siyaset, iqtidar, muxalifet, baku, baki, xəbərlər, ilham, əliyev, aliyev, mehriban, aliyeva, xeberler, memurlar, yeni, qarabağ, qarabagh, cebhe, ypx, ppx, dtx, mtn, nardaran, prezident, aparati, xalq, arzu aliyeva, Silk Way,