Həbib Müntəzir - Hakimiyyət Xəzəri Zəbt Edib

Həbib Müntəzir - Hakimiyyət Xəzəri Zəbt Edib

Telekanallarda, saytlarda Xəzəri hasara alanları vəzifəlilər
və işadamları kimi təqdim edib, adlar çəkmədən,
onların həbsi, cəzalanması barədə müəmmalı söhbətlər edirlər.
Etmədim tənbəllik, kiçik bir araşdırma ilə adları da yazıram.

Dövlət bacarırsa, həmin o kanal və saytların da cəsarəti çatırsa,
dəqiqləşdirib yaysınlar. Mümkünsə siz də paylaşın, ictimailəşdirək,
Qarabağı azad edə bilmirik, heç olmasa Xəzər bu işğalçılardan azad olsun.

▪️"Bilgah Estates Villa Rezort" - Ölkənin ən böyük sahil
istirahət mərkəzidir.
72 hektarlıq ərazidə olan mərkəzin Paşayevlərə məxsusdur.

▪️"Green City" - Ümumi sahəsi 20 hektarlıq istirahət mərkəzidir.
Bir başa Əliyevlər ailəsin' aiddir

▪️Zaqulbada, Şıxovda və Bibi-Heybətdə yerləşən
Sapphire Marine və Nar Sharab Beach - 5 ulduzlu hotəllər və
istirahət mərkəzi İlham Əliyevin
İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova məxsusdur.

▪️Novxanıdakı Amor, onun sağı və solu boyunda
Diana istirahət mərkəzinə qədər İlham Əliyevin
Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovundur.

▪️Şıx çimərliyi ərazisində fəaliyyət göstərən
"Min bir gecə" İstirahət Mərkəzi deputat
Hüseynbala Mirələmova məxsusdur.

▪️Şıx çimərliyindəki "Aysberq" istirahət mərkəzi,
İsmayılov Səftər Tofiq oğlunun adınadır.
İlham Əliyevin "Tərəqqi" medalı verdiyi bu şəxs,
“Azəravtoyol” ASC-də çalışan yüksək vəzifəli məmurdur.
Ancaq Prezident Administrasiyasının Sənədlərlə
və vətəndaşların müraciətləri ilə iş
şöbəsinin müdiri İsmayılov Süleyman Abbas oğlu‎nun olduğu deyilir.

▪️Şıxovdakı "Eldorado" çimərliyinin isə sabiq
vergilər naziri Fazil Məmmədova aid olduğu deyilir.

▪️Şüvəlanda Azərbaycan Hava Yolları
QSC-nin sədri Cahangir Əsgərovun
bağ evindən birbaşa Xəzərə pilləkənlər var.

▪️Novxanıda sahildəki "Kalyon" Restoranı isə
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovundur.

▪️Qafqaz Sahil Otel (Lənkəran), Jalə İstirahət mərkəzi (Xaçmaz),
Çimərlik istirahət mərkəzi (Mərdəkan), İcarə obyekti (çimərlik) (Mərdəkan),
Fatmayı kəndindəki villa. Bunlar hamısı FHN rəhbəri Kəmaləddin Heydərovundur.

▪️Pirşağı və Kürdəxanı kəndlərində böyük torpaq sahələri,
hasarlı bağlar da Kəmaləddin Heydərovla,
prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova məxsusdur.

▪️Şüvəlandakı sahil boyu bəzi çimərliklər
Rövnəq Abdullayevə məxsusdur.

▪️Nardaran, Kürdəxanı və Pirşağı ərazilərindəki
sahillər isə Paşayev-Ağalarov ailələri şirkətlərinə məxsusdur.

▪️Buzovnada 10 hektardan çox ərazi parlamentin spikeri
Oqtay Əsədova məxsusdur. Ərazidə Oqtay müəllimin
Xəzərə açılan villası ilə birgə, özünün "Eko-Bağ" adlandırdığı parniklər,
badamlıq və mini-atıcılıq da mövcuddur.
Oqtay Әsәdovun Mәrdәkanda, Şüvәlanda, Bilgәhdә də imarətləri var.

▪️Novxanının demək olar ki, ən gözəl yerində,
üzü dənizə baxan təpənin yamacında yerləşən
villa Prezident Administrasiyasının rəbəri
Ramiz Mehdiyevə məxsusdur.
Onun qonşuluğunda polis rəisləri, nazir-məmurların villaları var.
Məsələn Şuşanın icrabaşı Bayram Səfərovun villası da Novxanıdadır və Xəzərin sahilindədir, hasarların içində.

▪️Qaradağ rayonu Sahil qəsəbəsinin yaxınlığında,
düz Xəzər dənizinin kənarında sabiq nəqliyyat
naziri Ziya Məmmədovun böyük villası var.
Qonşuluğundakı villa isə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri,
deputat Cavid Qurbanova məxsusdur.

▪️"Həyat" istirahət Mərkəzi - Pirşağı ilə Fatmayının arasında yerləşir.
Bu da Cavid Qurbanovundur.

▪️Pirallahı rayonunda Türkan qəsəbəsində
Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun hasarlanmış iri villası mövcuddur.

▪️Xəzər sahilində, Astara terminalındakı
ərazilər Allahşükür Paşazadəyə aiddir.

▪️Lerik-Lənkəran yolunda "Relax" istirahət mərkəzi AMEA Magistratura
şöbəsinin müavini Ramin Əyyar oğlu Həsənovun adına qeydiyyatdadır.
Ancaq deputat İqbal Məmmədovun olduğu deyilir.

▪️Lənkəranda yerləşən "Palıdlı Sahil" (Titanik)
İstirahət Mərkəzi deputat Hadı Rəcəbliyə məxsusdur.

#ilhaməliyev
#əlihəsənov
#antidiktatura


Channel: AntiDiktatura
Tags: həbib müntəzir, meydan, ilham əliyev, mehriban əliyeva, qənimət zahid, söz arası, əli kərimli, azərbaycan saatı, mitinq, mitinq 2019, azərbaycan, soz arasi, soz arasi yeni, turan tv, kanal turan tv, müxalifət, qenimet zahid son cixisi, milli şura, ilham əliyev xaltura eliyir, axcp, partiya, nümayiş, nardaran, siyasi məhbus, hakimiyyət, azerbaycan saatı, ganimat zahid, kanalturan, mehriban aliyeva,