Yeni nazir Ramin Quluzadə kimdir?

Yeni nazir Ramin Quluzadə kimdir?

Yeni nazir Ramin Quluzadə kimdir?

Prezidentin sərəncamı ilə yeni nazirlik yaradıldı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi. Ramin Quluzadə də nazir təyin edildi. Kimdir Ramin Quluzadə? Belə bir nazirlik niyə yaradıldı?

“İslahatlar, köhnə nazirlikdə izlərin itirilməsi və Ziya Məmmədovun yola salınması”

“Turan” İA-nın direktoru Mehman Əliyev yeni nazirliyin yaradılmasını bu üç amillə bağlayır.

“Əvvəla, bu addım gözlənilən islahatlar, institusional dəyişikliklər, ixtisarlar, birləşmələr, sistemin idarə edilməsinin optimallaşdırılması ilə bağlıdır. Bu haqda çox danışılırdı. Gözləmək olar ki, həmin istiqamətdə bəzi strukturlarda növbəti addımlar atılacaq. İkincisi, Nəqliyyat Nazirliyi ölkədə ən çox vəsait xərcləyən nazirliklərdən olub, onun əliylə yollar salınıb, körpülər, yol qovşaqları tikilib, sərnişindaşımalar, yük daşımalar həyata keçirilib və s. Hesab edirəm ki, orda xeyli yeyinti problemləri olub və bu birləşmədən sonra həmin nazirliyin vaxtilə apardığı işlər, sənədləşmələr itib-batacaq. Bu da müəyyən izlərin itirilməsi deməkdir. Bax, bu da ikinci amildir. Üçüncüsü də, Ziya Məmmədov kimi nazirin, siyasi fiqurun yola salınmasıdır”, – Əliyev belə deyir.

“Ziya Məmmədovla bağlı qərar çoxdan verilmişdi”

Bəzi müşahidəçilər Ziya Məmmədovun yaxın vaxtlarda başqa posta təyinat alacağını istisna etməsələr də, Mehman Əliyev buna inanmır. Onun sözlərinə görə, Z. Məmmədovla bağlı qərar çoxdan verilmişdi:

“Böhran çox problemləri üzə çıxardı. Böhran başlayanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Beynəlxalq Bankda, bank sistemində ciddi yoxlamalar başladı və pullar sayılmağa başlandı. Nə qədər oğurluq edildiyi, nöqsanlara yol verildiyi üzə çıxdı. Şəhər nəqliyyat departamentinin Ziya Məmmədovun əlindən alınaraq yenidən Bakı şəhər icra hakimiyyətinə verilməsi, Dəmiryol İdarəsi rəisinin sərbəst davranması onu göstərirdi ki, nəqliyyat naziri haqda qərar verilib, sadəcə, qərarın açıqlanması gözlənirdi. Ziya Məmmədovun problemləri böhran başlayanda başladı və üzə çıxdı”.

“Maliyyə imperiyası zəiflədilsə də...”

Siyasi şərhçi Azər Rəşidoğlu isə Ziya Məmmədovun başqa bir vəzifəyə gətiriləcəyini istisna etməyənlər sırasındadır: “O, yeni nazirin müavini, baş nazir və ya gözləmədiyimiz bir posta təyin edilə bilər”.

Buna da bax:​ İlham Əliyevdən yeni nazir təyinatı

Rəşidoğlunun fikrincə, Ziya Məmmədovun “maliyyə imperiyası” son zamanlar zəiflədilsə də, əlində “yetərli maliyyə mənbələri” qalmaqdadır və “belə bir insanın vəzifədən uzaqlaşdırılması hakimiyyətin özünə qarşı yönələ bilər”.


Channel: AzadliqRadiosu
Tags: Azerbaycan, xeberleri, gundelik, xeberler, nazir, yeni nazir, paşayevlər, trump, ziya məmmədov, ayı, anar məmmədov,